AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Report - Information Bulletin - October 2003 (ICRC)

 Report date: 12.11.2003

English version



Məlumat bülleteni
Oktyabr 2003cü il
Azərbaycan

BQXK neytral vasitəçi kimi çıxış edir

Cümə günü 3 oktyabr 2003cü il tarixində neytral vasitəçi simasında çıxış edən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanlı hərbi qulluqçunun ötürülməsində yardım göstərmiş və onu Azərbaycanın müvafiq səlahiyyətli dövlət orqanlarına təhvil vermişdir.

Əməliyyat Bərdə və Ağdam rayonlarının arasında, hər iki tərəflə tam əməkdaşlıq şəraitində həyata keçirilmişdir.

BQXKnın nümayəndələri Azərbaycan dövlət orqanlarına təhvil verilmək arzusunu ifadə edən hərbi qulluqçuya baş çəkmişdir.

Öz mandatına əsasən, BQXK 1992ci ildən etibarən bölgədə bu cür əməliyyatların təşkil olunmasında yardım edir və gələcəkdə də belə əməliyyatlara kömək etməyə hazır olduğunu bildirir.

BQXK daxili qoşun və polis zabitləri üçün treninq seminarları keçirir

2003cü il oktyabr ayının 27dən 31nə kimi Bakı şəhərində Daxili qoşunların 15 nəfər zabiti və dövlət polis qüvvələrinin 15 nəfər zabiti üçün BQXKnın Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunmuş iki 5 günlük seminar keçirilmişdir.

BQXK həmin tədbirin təhsil, təlim və əməliyyat şöbələrindən olan daxili qoşun və polis zabitlərinə Beynəlxalq Humanitar Hüquq və Beynəlxalq İnsan Hüquqları Hüququnun qayda və prinsipləri, və həmçinin BQXK və onun fəaliyyətinə dair biliklərini artırmağa yaxşı imkan verdiyinə ümid edir. BQXKnın silahlı və polis qüvvələri üzrə ekspertləri tərəfindən keçirilən bu seminarlarda, həmçinin döyüş əməliyyatlarının aparılması, komandirin məsuliyyəti, hüquq mühafizəsi, ictimai asayişin qorunması, qadın və yetkinlik yaşına çatmamış uşaqlara xüsusi diqqət yetirərək, cəmiyyətin müdafiəyə daha çox ehtiyacı olan qruplarına həsr olunmuş mövzulara da toxunulmuşdur.

Dustaqlara başçəkmələr

Oktyabr ayında BQXKnın dustaqların müdafiəsi üzrə işçi qrupu Ədliyyə Nazirliyinin Bayıl və Gəncə istintaq təcridxanası, Qobustan həbsxanası və həmçinin Daxili İşlər Nazirliyinin Binəqədi Qəbuledici Bölüşdürücü məntəqəsi və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında saxlanılan dustaqlara baş çəkmişdir. Başçəkmələr BQXKnın standart iş üsullarına uyğun olaraq həyata keçirilmişdir. Bu üsullar dustaqlar ilə təkbətək söhbətlər aparmaqdan, dustaqxanalara baxmaq və nümayəndələrin aşkar etdiyi problemləri həbsxana müdiriyyəti ilə müzakirə etməkdən ibarətdir.

Azərbaycanlı məmurların beynəlxalq forumlarda iştirakı

BQXK 1424 oktyabrda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunmuş və Polşanın Varşava şəhərində keçirilən "Vərəm proqramının aparılması" adlı seminarda Ədliyyə Nazirliyi Səhiyyə İdarəsinin inspektorunun iştirakını maliyyələşdirmişdir. Vərəm üzrə dünyanın qabaqçıl mütəxəssisləri dustaqxanalarda vərəmin müalicəsi problemlərini və onun qarşısının alınması tədbirlərini, habelə bu xəstəliyin başqa vacib aspektlərini müzakirə etmişdir.

BQXK həmçinin 2931 oktyabr tarixində Parisdə keçirilən "Vərəm və ağ ciyər xəstəlikləri əleyhinə beynəlxalq birlik" illik konfransda Ədliyyə Nazirliyinin Vərəm üzrə koordinatorunun iştirakını maliyyələşdirmişdir.

Şamaxıda ədəbiyyat müəllimləri üçün seminar keçirilmişdir

Oktyabr ayında BQXKnın Təhsil proqramı işçiləri Azərbaycanın Şamaxı və İmişli rayonlarında ədəbiyyat müəllimləri üçün iki seminar keçirmişdir. Seminarlarda 34 ədəbiyyat müəllimi iştirak etmişdir. BQXK tərəfindən nəşr olunan dərs vəsaitləri ilə çalışan müəllimlər humanitar prinsiplər, Beynəlxalq Humanitar Hüququn əsasları və onların müasir tədris metodlarına dair daha dərin məlumat əldə etmişdir. BQXKnın dərs vəsaitlərinə aid müzakirə və debatlar, həmişə olduğu kimi, çox məhsuldar olmuşdur.

Şamaxı rayonunda Dövlət Pantomim Teatrı 6cı sinif dərs vəsaitinə daxil edilmiş əsərlərdən birinin əsasında səhnəyə qoyulmuş "Manqurt" tamaşasını göstərmişdir.

VƏ DÜNYANIN BAŞQA YERLƏRİNDƏ

İraq: Bağdadda baş verən partlayış
nəticəsində BQXKnın iki əməkdaşı həlak olmuşdur

27 oktyabr tarixində Bağdadda BQXKnın idarəsinin həyətində baş vermiş partlayış nəticəsində təşkilatın iki iraqlı əməkdaşı həlak olmuşdur. Həmin ərazidə daha on nəfər də həlak olmuşdur.

BQXK bu hücumu qəti şəkildə pisləyir. Beynəlxalq humanitar hüquqa əsasən mülki əhali arasında itki və tələfata səbəb olan hər cür qərəzli hücumlar qadağandır və humanizmin əsas prinsiplərinə ziddir.

Təşkilat İraqda fəaliyyətinin şərtlərini yenidən qiymətləndirmişdir və müvəqqəti olaraq Bağdad və Bəsradakı ofislərini bağlamışdır. Lakin BQXK şimali İraqda öz işini davam edəcək.

BQXK 1980ci ildən etibarən əhalinin əsas ehtiyaclarını ödəmək məqsədilə fasiləsiz olaraq İraqda çalışır.

Əfqanıstan: Ata oğullarını tapmışdır

"Bizdən nigaran qalma. Biz İslamabaddayıq. Lazım olan hər şeyimiz var, sadəcə sənin üçün yaman darıxırıq". Üç ay bundan əvvəl gəlmiş bu Qırmızı Xaç Məktubu Şaik Nemətullanın iki il ərzində oğullarından aldığı ilk xəbər idi. Oktyabr ayında BQXK qardaşları Zəkriə və Şer Hüseyni Pakistandan Kabula gətirib atalarına qovuşdurmuşdur.

Gödəkçəsinin iç cibində saxladığı məktubu göstərərək ata "Bu məktub məni həyata qaytardı" deyir. İki il bundan əvvəl oğulları ilə əlaqəni itirəndən sonra necə narahat qaldığını danışarkən o, göz yaşlarını gizlətməyə çalışır. "Bütün bu vaxtı oğlanlarımı axtarırdım. Onları axtarmaq üçün Pakistana getdim, lakin tapa bilmədim."

Şaik Nemətulla özünü oğullarına təklif edəcək bir şeyi olmayan çox kasıb adam hesab edir. Onların anası ən kiçik oğul anadan olandan az sonra vəfat etmişdir. O, uşaqlarını, daha yaxşı həyat tapacaqlarına ümid edərək Pakistana yollamışdır. Lakin alınmadı. Uşaqlar ağır xalça toxuçuluğu işi ilə məşğul olmağa məcbur edilmişdir. Onlar qaçaraq bir müddət küçələrdə yaşamış, sonra isə onları Ravalpindidə uşaq evlərini idarə edən Edhi Yardım Mərkəzi tapıb himayəyə götürmüşdür. Sonradan onlar təşkilatın İslamabaddakı uşaq evinə ötürülmüşdür. BQXKnın əməkdaşı başqa məsələyə görə uşaqlar evinə baş çəkərək bu iki oğlanla rastlaşmış və onlarla söhbət etmişdir. Onlar atalarının adını, onun Kabulda çayxanası olduğunu və onun təqribi yerini deyə bilmişdir. Bu məlumatdan istifadə edərək və yerli camaatın böyük köməyi sayəsində BQXK Şaik Nemətullanı tapa bilmişdir. Şaik Nemətullanın "Əminəm ki, uşaqlarımı yenidən tapmağa mənə Allah kömək etdi" deyir və əlavə edir ki, nə qədər kasıb olsa da, oğullarına və bütün bu vaxt ərzində onunla qalan səkkiz yaşlı qızına baxmaq üçün əlindən gələni edəcək. İndi o, paytaxtdan qərbə doğru iki saatlıq məsafədə yerləşən Vardak vilayətində çoban işləyərək dolanır. Oğulları haqqında o belə deyir: "Onlardan başqa heç nəyim yoxdur, və onları geri qaytarmaqda mənə kömək edən hamıya minnətdaram."

Utanaraq atasının yanına qayıtdığına sevinibsevinmədiyi sualına cavab verə bilməyən Şer Hüseyn sadəcə başı ilə razılığını bildirir. Sonradan, bir az utancaqlığının öhdəsindən gəldikdə o, son iki il ərzində yaşadıqları yeri təsvir edir və "Bir də heç vaxt ora qayıtmayacağam" deyir.

For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                       

Humanitar Fəaliyyət                       
Donorlar
Proqramların Təsviri
Projects
Fəaliyət Xəritələri
 

Görüşlərin Protokolları
Hesabatlar və Qiymətləndirmələr
Press relizlər
Hadisələr və Elanlar
İş yerləri
İş axtaranlar
Qanunvericilik

EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

EmploymentEmployment
EmbassiesEmbassies
GalleryGallery
ForumForum
GuestbookGuestbook



Top on A-Z.az


About AzerWebAbout AzerbaijanContacts