AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Press release - The presentation of the book had been held by AYLU (AYLU)

 Press release date: 08.07.2003

English version



YENİ KİTABIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR

7 iyul 2003 tarixində saat 17:00-da İrşad otelinin konfrans zalında Azərbaycan Gənc Hüquqşünaslar Birliyi tərəfindən, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (ACİ YF) maliyyə dəstəyi ilə çap olunmuş Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiyalar Haqqında Əsasnamənin Kommentariyası kitabının təqdimat mərasimi keçirilmişdir.

Təqdimat mərasimni giriş sözü ilə Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilov açmışdır. Tədbirdə Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiyalar Haqqında Əsasnamənin Kommentariyasının müəllifi İlqar Cəfərov çıxış etmiş və kommentariyanın aktuallığını və yazılma səbəblərini etmişdir. Daha sonra isə ACİ-YF-nun əməkdaşı Cənab Fuad Süleymanov çıxış etmişdir.

Təqdimat mərasimində Respublika Prokurorluğu, Ədliyyə Nazirliyi, Ombudsman aparatı, Milli Məclis, Gənclər, İdman və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Çin və Gürcüstan səfirliklərinin nümayəndələri, habelə KİV və QHT nümayəndəlri də daxil olmaqla 43 şəxs iştirak etmişdir.

Tədbirdə qonaqlar qismində Gürcüstan Səfirliyindən, Çin Səfirliyindən, Estoniyanın Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiyasının nümayəndəsi, Norveç İnsan Hüquqları Evi Fondunun nümayəndələri iştirak etmişlər.

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi tərəfindən çap olunan Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Haqqında Əsasnamənin Kommentariyası Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İlqar Cəfərov tərəfindən yazılmışdır. Kitabda komissiyaların iş təcrübəsi, onların hüquqi statusu, iş üsulları və formaları, yuxarı komissiyalarla yerli komissiyalar arasında qarşılıqlı münasibətlərin xarakteri ilə əlaqədar məsələlər təhlil edilir.

Qeyd etmək lazımdır ki, kommentariyanın məsləhətçisi: Millət Vəkili Əli Hüseynov, Elmi Redaktoru: hüquq elmləri namizədi Oqtay Bağırov, Redaktoru: Nadir Adilov, Rəyçiləri: Moskva Hüquq Elmlər Akademiyasının akademiki Qorxmaz Vəliyev, və hüquq elmləri namizədi Malik Səlimovdur.

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin Mətbuat Xidməti



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                       

Humanitar Fəaliyyət                       
Donorlar
Proqramların Təsviri
Projects
Fəaliyət Xəritələri
 

Görüşlərin Protokolları
Hesabatlar və Qiymətləndirmələr
Press relizlər
Hadisələr və Elanlar
İş yerləri
İş axtaranlar
Qanunvericilik

EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

EmploymentEmployment
EmbassiesEmbassies
GalleryGallery
ForumForum
GuestbookGuestbook



Top on A-Z.az


About AzerWebAbout AzerbaijanContacts