AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Press release - Let?s help the children with thalassemia! (AzRC)

 Press release date: 06.05.2003

English version



Talassemiyalı uşaqlara kömək edək!

May ayının 2-də 8 may Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günü və eyni zamanda Beynəlxalq talassemiya ilə mübarizə günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün donor kampaniyası keçirildi.

Sirr deyil ki, ən ağır qan xəstəliklərindən biri olan talassemiya Respublikada çox ciddi bir problemə çevrilib. Xəstə uşaqlar normal həyat tərzindən kənarda qalaraq, fiziki əzablarla yanaşı dərin psixoloji zərər çəkirlər. Aylarla üzləri gülməyən uşaqların normal həyat yaşamaları üçün hər bir insanın qayğı və xoş münasibətinə ehtiyacı vardır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qan Bankı ilə birgə keçirdiyi aksiyada 70-ə yaxın potensial donor iştirak etdi, 45 nəfərdən qan götürüldü.

Bu kampaniya nəinki Azərbaycanda, hətta bir sıra ölkələrin Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərində də keçirildi.

Bu aksiyaları keçirməklə Azərbaycan Qızıl Aypara Cəmiyyəti digər Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə bərabər bir daha ehtiyacı olan insanların, xüsusilə uşaqların problemlərinə diqqət və qayğı ilə yanaşmağa çağırır.

İnformasiya şöbəsi

For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                       

Humanitar Fəaliyyət                       
Donorlar
Proqramların Təsviri
Projects
Fəaliyət Xəritələri
 

Görüşlərin Protokolları
Hesabatlar və Qiymətləndirmələr
Press relizlər
Hadisələr və Elanlar
İş yerləri
İş axtaranlar
Qanunvericilik

EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

EmploymentEmployment
EmbassiesEmbassies
GalleryGallery
ForumForum
GuestbookGuestbook



Top on A-Z.az


About AzerWebAbout AzerbaijanContacts