AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Press release - Azerbaijan Red Crescent Society held its XX General Assembly (AzRC)

 Press release date: 18.03.2003

English version



QIZIL AYPARA CƏMİYYƏTİ XX QURULTAYINI KEÇİRDİ

1920-ci ilin mart ayının 10-da general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü ilə təsis olunan və zavallı insanlara yardım göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti 83 ildir ki, şanlı tarix yaşayıb fəaliyyət göstərməkdədir.

Mart ayının 12-də R. Behbudov adına Mahnı Teatrında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XX Qurultayı keçdi. Qurultayı aparan Cəmiyyətin sədr müavini Qafar Əsgərzadə Qurultayın gündəliyini nümayəndələrə təqdim etdi. Gündəlik qəbul olunduqdan sonra Cəmiyyətin Sədri Novruz Aslanov Qızıl Aypara Cəmiyyətin 20 iyul 1999- 12 mart 2003-cü illər ərzində olan fəaliyyəti barəsində hesabat məruzəsi ilə çıxış etdi. Cəmiyyətin 2003-2005-ci illər üçün Strateji İş Planı və yeni Nizamnamə qəbul olundu. Maliyyə-təftiş Komissiyasının məruzəsi dinlənildi, bu barədə müvafiq qərar qəbul olundu.

Qurultayda qəbul olunmuş yeni Nizamnaməyə əsasən Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Qafar Əsgərzadə və Ramazan Sultanov vitse-prezident vəzifəsinə seçildilər. Qeyd etmək lazımdır ki, Cəmiyyətin yeni Nizamnaməsi Cenevrədə yerləşən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin Birgə Komissiyasının rəyində yüksək qiymətləndirilməklə digər Milli Cəmiyyətlər üçün ən yaxşı praktiki numünə, model kimi istifadə olunması bildirilmişdir.

Tədbirin əlamətdar hadisəsi Azərbaycan Respublikasının Prezidenti, Az.QAC-nin fəxri üzvü Zati-Aliləri cənab Heydər Əliyevin Qurultay iştirakçılarına göndərdiyi təbrik məktubu oldu. Məktub Qurultay iştirakçılarına Azərbaycan Respublikası Prezident Aparatı Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə tərəfindən oxundu. Qurultay nümayəndələri tərəfindən, Azərbaycan QAC-ın 130 min üzvü, 14 min könüllüsü adından Respublikanın Prezidenti H. Əliyev cənablarının növbəti prezident seçkilərində namizədliyi irəli sürülmüş, ona müraciət qəbul olundu.

Tədbirdə 180-a yaxın nümayəndə, İcraiyyə Komitəsinin üzvləri, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbərləri, nazirlik və dövlət strukturların, diplomatik korpusun nümayəndələri də iştirak edirdilər.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycandakı Nümayəndəliyinin başçısı xanım Hlin Baldvinsdottirin Beynəlxalq Federasiya daima Azərbaycan Qızıl Aypara Cəmiyyətinə, onun inkişafına dəstək olub köməklik göstərməyini davam etdirəcək. Əminəm ki, bu Cəmiyyətin parlaq gələcəyi var. Bugünkü Qurultayda və yeni Nizamnamənin qəbulunda iştirak edərək mən şəxsən bunun şahidi oldum sözlərini xüsusi qeyd etmək lazımdır. Qurultayda həmçinin, Azərbaycan Respublikasının Dövlət Material Ehtiyatları Komitəsinin sədri, Az.QAC İK üzvü Gülməmməd Cavadov və Cəmiyyətin fəal üzvü, Xalq Artisti İlhamə Quliyeva Cəmiyyətin Fəxri Fərmanına layiq görüldülər.

Tədbir Respublikanın tanınmış ulduzları Əkbər, Rəşad İlyasov, N Brothers qrupu və İlhamə xanım Quliyevanın iştirakilə konsert proqramı ilə sona çatdı.

Tədbir kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırıldı.



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                       

Humanitar Fəaliyyət                       
Donorlar
Proqramların Təsviri
Projects
Fəaliyət Xəritələri
 

Görüşlərin Protokolları
Hesabatlar və Qiymətləndirmələr
Press relizlər
Hadisələr və Elanlar
İş yerləri
İş axtaranlar
Qanunvericilik

EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

EmploymentEmployment
EmbassiesEmbassies
GalleryGallery
ForumForum
GuestbookGuestbook



Top on A-Z.az


About AzerWebAbout AzerbaijanContacts