AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Meeting - 17 March 2003 (WVI)

 Meeting date: 14.04.2003

English version



İclasın mövzusu : Uşaq Məsələlərini Əlaqələndirmə

Tarix: 17 Mart 2003 cü il
Məqsəd: Bu, Azərbaycanda imtiyazsız, yəni məcburi köçkün, yoxsul, internatlara verilmiş, təcrid olunmuş və fiziki, həm də əqli cəhətdən əlil uşaqlarla bağlı layhələr həyata keçirən və onların hüquqlarını müdafiə edən bütün agentliklər və QHT lərin iştirakı üçün açıq olan bir forumdur. Əsas məqsəd isə imtiyazsız uşaqların problemlərinin həllinə yönəldilmiş cari və gələcəkdə nəzərdə tutulan işlərin əlaqələndirilməsi üzrə məlumat mübadiləsi aparmaqdır. Çünki birgə işləməklə lahiyələri daha çox uşağın ehtiyaclarına yönəltmək və onların həlli istiqamətində daha çox nailiyyət əldə etmək olar.
Keçirildiyi yer: Dünyaya Baxış
Təşkilatı Sədr: Mayk Makintayr, Dünyaya Baxış, Direktor
İştirakçılar / QHT lər:

Valida Abbasova Müşfiq
Aynur Əhmədova Xəzər Əqli Sağlamlıq Assosiasiyası
Akif Əhmədov ÜFÜQ
Gülnarə Əliyeva UAFA
Bricit Alpman İWS
Mahirə Alxazova BUTA
Kristofer Anderson Uşaqların Xilası
Sevil Əsədova Xəzər Əqli Sağlamlıq Assosiasiyası
Rövşən Əzizov ÜFÜQ
Qven Börçel UAFA
Coys Karpenter UFUQ
Barbara Qrenvud UMCOR
Mark Qrevko Dünyaya Baxış
Həyat Güləhmədova Qönçə
Nazim İbadov BUTA
Leyla İmanova Açıq Cəmiyyət İnstitutu
Mahmud Məhmədov UMCOR
İnara Makayeva UMCOR
Bilqeyis Məmmədova Dünyaya Baxış
Maykl Makintayr, Nataşa Palubinski, Laura Pyer Dünyaya Baxış
Yana Süleymanova CP

İclasın qısa icmalı:

I. İştirakçıların Təqdim Olunması

II.Ötən İclasdan Əldə Olunan Nəticələr. Dünyaya Baxış təşkilatından Laura Pyer iştirakçılardan onların təmsil etdiyi QHT nin uşaq problemlərinə dair fəaliyyətini əks etdirən cədvəli doldurub təhvil vermələrini xahiş edir. Qeyd olunur ki, bütün cədvəllər tərcümə olunaraq paylanacaq.

III. Koordinasiya. Azərbaycanın bütün ərazisi üzrə daha geniş miqyaslı və daha təkmil koordinasiya işini aparmaq üçün mümkün mexanizmlər ətrafında müzakirə aparılır. Aşağıdakı təkliflər irəli sürülür:

  • Coys Karpenter :İclaslara sədrliyi hər dəfə müxtəlif təşkilata tapşırmaq, beləliklə də hər dəfə məsələnin müxtəlif aspektinə diqqəti yönəltmək.
  • Bilqeyis Məmmədova: İnformasiya bülleteni və ya İnternet saytı hazırlamaq, burada keçirilən tədbirlər, görülən işlər və layihə barədə məlumat yerləşdirmək Qven Börçel: Uşaq problemləri ilə məşğul olan QHT lər üçün əsas problem koordinasiya deyil, kifayət qədər maliyyə resurslarının olmamasıdır.
  • Bilqeyis Məmmədova: Bilavasitə internatlarda yerləşdirilmiş uşaqlarla aparılan işin əlaqələndirilməsi üzrə müntəzəm görüşlər keçirmək və ya ən son yeniliklər barədə yazılı şəkildə məlumat yaymaq.
  • Maykl Makintayr: Hökumət məmurlarını işin gedişinə cəlb etmək.

IV. Nazirlər Kabineti / Uşaqlarla İş Komitəsi. Azərbaycana Birgə Yardım (UAFA) təşkilatından Qven Börçel Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Uşaqlarla İş Komitəsinin Yoxsullluğun Azaldılması üzrə Dövlət Proqramının tərkib hissəsi kimi uşaqlarla bağlı siyasətin hazırlanması və formalaşdırılmasında rolundan söz açır. Xanım Börçel uşaqlarının internatlardan çıxarılması və geniş əhatəli sosial xidmətlər sisteminin yaradılması kimi məsələlərin payızda keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə çıxarılması məqsədilə hazırladığı məktubun nümunəsi ilə iştrakçıları tanış edir. O, belə bir təklif irəli sürür ki, yığıncaq iştirakçıları koalisiya şəklində birləşərək bütün əlaqədar hökumət rəsmilərinə məktub yazılması kampaniyasına başlasınlar və onları prosesin gedişindən xəbərdar etsinlər. Bununla əsas diqqət mərkəzi olan məsələlərin hökumət siyasətinin əsas prioritetləri sırasına daxil edilməsinə nail olmaq olar. İştirakçılar bu məktub, həm də koalisiya şəklində birləşmək məsələri barədə öz rəy və təkliflərini bildirəcəklərinə razılıq verirlər. Cənab Makintayr isə öz növbəsində təklif edir ki, məktubun sonunda hökumət məmurlarına əməkdaşlıq üçün müraciət olunsun.

V. UAFAnın Uşaqların İnternatlardan çıxarılması / Sosial Xidmət haqqında Sorğusunun Nəticələri. Gülnarə Əliyeva UAFA tərəfindən tərtib olunmuş və uşaq məsələləri ilə məşğul olan təşkilatlara, agentliklərə,həmçinin Səhiyyə və təhsil Nazirliyinin əlaqədar rəsmilərinə paylanılmış sorğu vərəqələrinin nəticələrindən söz açır. 36 sorğu vərəqəsindən cəmi 16 nın təhvil verildiyi qeyd olunur. Məlum olur ki, iştirakçılar Bu istiqamətdə fəaliyyət 4 kateqoriyaya bölünür: 1) Ailəyə dəstək; 2) İnternatlarla birbaşa iş; 3) Yeni sistemlərin yaradılması; 4) Əhalinin məlumatlandırılması.Əksər təşkilatların gələcək fəaliyyət planına tədqiqat, təlim, könüllülük işi və yeni sistemlərin yaradılması kimi məsələlər daxildir. İştirakçıların əksəriyyəti uşaqların internatlardan çıxarılması (de institutlaşdırma) məsələsinin daha geniş müzakirəyə ehtiyac olduğunu vurğulayırlar. Ümumi qənaət belə olur ki, de institutlaşdırma və sosial xidmət anlayışları barədə olduqca ümumi təsəvvür mövcuddur və bu məsələləri daha ətraflı müzakirə etmək lazımdır.

VI. Digər Məsələlər, Növbəti Addımlar. Cənab Makintayr müzakirələr boyunca dəfələrlə səslənən məsələlərin siyahısını lövhədə yazır. Məlum olur ki,bunlar Azərbaycanda uşaqların xüsusi ehtiyac duyduğu və onlara göstərilən əsas xidmətlərdir. Daha sonra cənab Makintayr xüsusi ehtiyaclı uşaqlar üçün xidmətlərin diaqramını cızır. Xanım Börçel bir daha vurğulayır ki, sadalanan məsələlərin həlli üçün yaxşı strategiyaya malik koalisiya kimi hökumətə yanaşmaq bu məsələlərin hökumət siyasətində ön plana çəkilməsinə və beləliklə daha çox uşağa daha yüksək səviyyəli xidmət göstərilməsinə gətirib çıxara bilər.
Müşfiq təşkilatından Validə Abbasova qeyd edir ki,hökumətlə və ümumiyyətlə müzakirələrə çox vaxt itirməmək, artıq layihələrin icrasına başlamaq daha məqsədəuyğundur.
UMCOR Azərbaycan Nümayəndəliyindən Barbara Qrenvud təklif edir ki, koordinasiya məsələsi ətrafında müzakirələr həm icma, həm də dövlət səviyyəsində aparılsın. ACİ dən Leyla İmanova isə öz növbəsində təklif edir ki, prioritetləri hökumətə təqdim etməmişdən əvvəl uğurlu sınaq layihə həyata keçirilməlidir.

Xanım Börçel iştirakçıların nəzərinə çatdırır ki, UAFA Dövlət Statistika Komitəsi ilə birlikdə Azərbaycanda İnternatlarda yerləşdirilmiş uşaqların dəqiq sayını müəyyənləşdirmək üçün araşdırmalar aparacaq.

Xəzər Əqli Sağlamlıq Assosiasiyasından Sevil Əsədova təklif edir ki, əsas diqqət siyasət və əhalinin məlumatlandırılması istiqamətlərinə yönəldilsin və növbəti iclasda iştirakçılar öz prioritetlərini müəyyənləşdirsinlər.

VII. Növbəti İclas: 31 mart, 2003, saat 16:00, Dünyaya Baxış təşkilatının ofisi; Ünvan: Cəfər Cabbarlı küçəsi 40 (Kaspian Biznes Mərkəzi, V mərtəbə), əlaqə telefonu: 97 33 90

VIII.Növbəti İclasın Sədri: Barbara Qrenvud, UMCOR/Azərbaycan Nümayəndəliyinin Rəhbəri



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                       

Humanitar Fəaliyyət                       
Donorlar
Proqramların Təsviri
Projects
Fəaliyət Xəritələri
 

Görüşlərin Protokolları
Hesabatlar və Qiymətləndirmələr
Press relizlər
Hadisələr və Elanlar
İş yerləri
İş axtaranlar
Qanunvericilik

EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

EmploymentEmployment
EmbassiesEmbassies
GalleryGallery
ForumForum
GuestbookGuestbook



Top on A-Z.az


About AzerWebAbout AzerbaijanContacts