AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Meeting - The meeting of Children's Coalition (WVI)

 Meeting date: 12.01.2004

English version



Protokol

Azərbayjanda fəaliyyət göstərən uşaq təşkilatlarının Koalisiyası
çərçivəsində qeyri-hökumət təşkilatlarının toplantısı .

12.01.04 Bakı şəhəri

12.01.04 tarixində Dünyaya Baxış beynəlxalq qeyri-hökumət təşkilatının ofisində Koalisiyanın növbəti toplantısı keçirildi.

Toplantıda iştirak edənlər:
1. Dünyaya Baxış təşkilatı
2. Azərbayjana Birgə Yardım (UAFA) təşkilatı
3. Küçə uşaqları mərkəzi
4. Psixoloci Məsləhət Mərkəzi
5. Respublika Uşaq Təşkilatı
6. Caspian psixi sağlamlıq assosiasiyası
7. Müşviq təşkilatı
8. İnternyus
9. UHML
10. UMCOR
11. Azərbayjan Sosial-İqtisadi Araşdırmalar İjtimai Birliyi
12. UNHCR
13. Save the children

İclasın gündəliyi:


1.Namiq Heydərovun təqdimatı İnternyus
2. Nazirlər Kabinetinə dəvət məktubu.
3. Təşkilati məsələlər
a) 26 yanvar iclası
b) İmkanların artırılması (Treninqlər)
İclas İnternyusun nümayəndəsi Namiq Heydərovun təqdimatı ilə başlandı.O, məlumat verdi ki, İnternyus 37 ölkədə (əsasən 3-jü dərəjəli ölkələrdə) fəaliyyət göstərir və kütləvi informasiya vasitələrinə dəstək verən bir təşkilatdır. Azərbayjanda isə artıq 7 ildir ki, müstəqil mətbuatın inkişaf etdirilməsi sahəsində fəaliyyətdədir.Televiziya,radio, çap mətbuatı ilə əməkdaşlıq edir. Sonra İnternyus barədə 2 dəqiqəlik məlumat roliki nümayiş etdirildi. Namiq Heydərov Space (Yolayrıjı, Media və mən ), ANS (1:2 televiziya proqramı ) və Gənjədə yayımlanan Gənjə(Xəbər+) telekanallarında İnternyus tərəfindən proqramlar hazırlandığını da qeyd etdi. Sonra Yolayrıjı verilişinin gənj curnalistlər tərəfindən hazırlanan bir buraxılışı nümayiş etdirildi. Məlumat verildi ki, Bakıdakı 27 saylı məktəbin şagirdləri içərisindən seçilmiş 15 nəfər gənj 2 ay ərzində curnalistika üzrə treninqlər keçmişlər, sonra onlardan 3 nəfəri verilişin hazırlanması üçün təşkil edilmiş müsabiqənin qalibi olmuşlar və bu buraxılış həmin 3 nəfər gənj tərəfindən hazırlanmışdır. Namiq Heydərov həmçinin qeyd etdi ki, Yolayrıjı verilişi hər 3 Zaqafqaziya ölkəsində Azərbayjan, Gürjüstan və Ermənistanda nümayiş etdirilir. Müəyyən bir problemi dünya miqyasında işıqlandırmağa nejə kömək edə bilərsiniz sualına Namiq Heydərov belə javab verdi ki, bu barədə Yolayrıjı verilişinin Xəbərlər buraxılışında məlumat vermək olar və bunun üçün onunla əlaqə saxlamağı təklif etdi. Uşaqların proyektlərə nejə jəlb edilməsi sualının javabında isə onlara bu sahədə Dahi uşaq təşkilatının kömək etdiyini söylədi. Sağlamlıq imkanları məhdud uşaqların belə proyektlərə jəlb edilməsinin mümkünlüyü sualına isə gələjəkdə bu verilişlərin (məs:hər 3 həftədən bir) müəyyən buraxılışlarının belə uşaqların problemlərinə həsr olunmasının və onlar haqqında informasiyanın yayımlandırılmasının mümkünlüyünü söylədi. Növbəti sual sosial problemlərə həsr olunmuş verilişlərdə informasiyanın nejə əldə olunması və bunun ödənişli olub-olmaması barədə idi. Namiq Heydərov qeyd etdi ki, bu xidmət ödənişsizdir və əgər xəbər çox maraqlıdırsa bu qəbul edilir və yayımlanır.Bunun üçün verilişlərin prodüserləri ilə əlaqə saxlamaq lazımdır:
Kənan Quluzadə ----Yolayrıjı
Zeynal Məmmədli----1:2
Xəyal Tağıyev ---- Media və mən
Daha sonra Namiq Heydərov İnternyusun həm də Gənjə, Naxçıvan, Lənkaran bölgələrində nəşr edilən qəzetlərin təsisçisi olduğunu qeyd edərək təqdimatını yekunlaşdırdı. Sonra Koalisiyanın növbəti Iclaslarından birinə dəvət etmək məqsədilə E.Əfəndiyevə , Ə. Həsənova və Rəna İbrahimbəyovaya ünvanlanan məktuba baxıldı. Məktuba heç bir əlavələr edilmədən göndərilməsi qərara alındı. 3-jü məsələ müzakirə edilərək qərar alındı ki, Dövlətlə iş, Uşaq Hüquqları barədə treninqlərin keçirilməsi üçün UNICEF və JTJ yə mürajiət olunsun. Sonda təklif edildi ki, Koalisiyanın strukturu və fəaliyyət planı barədə müzakirələr də növbəti Iclasın gündəliyinə daxil edilsin.

Qərara alındı:

Fevralın 9-da və ya 23-də keçiriləjək Iclasların birində iştirak etmək üçün E.Əfəndiyevə , Ə.Həsənova və R. İbrahimbəyovaya dəvət məktubu göndərilsin. Koalisiya üzvü olan təşkilatların Dövlətlə iş, Uşaq hüquqları sahəsində bilik və təjrübələrini artırmaq məqsədilə treninqlərin təşkil edilməsi üçün UNICEF və CTC yə mürajiət edilsin. Növbəti Iclas yanvarın 26-da Dünyaya Baxış təşkilatının ofisində keçiriləjək.

Protokollaşdırdı:
Ülviyyə Mirzəyeva UAFA



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                       

Humanitar Fəaliyyət                       
Donorlar
Proqramların Təsviri
Projects
Fəaliyət Xəritələri
 

Görüşlərin Protokolları
Hesabatlar və Qiymətləndirmələr
Press relizlər
Hadisələr və Elanlar
İş yerləri
İş axtaranlar
Qanunvericilik

EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

EmploymentEmployment
EmbassiesEmbassies
GalleryGallery
ForumForum
GuestbookGuestbook



Top on A-Z.az


About AzerWebAbout AzerbaijanContacts