AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Meeting - 26 May 2003 (WVI)

 Meeting date: 26.05.2003

English version



Görüş: Uşaq Məsələləri Koalisiyasının Koordinasiya görüşü
Tarix: 26 May, 2003
Görüşün yeri: Dünyaya Baxış Beynəlxalq Humanitar Təşkilatı (DBT)
Sədr: Gwen Burchell, UAFA

İştirakçılar/QHT-lər

Fərid Talıbov, UAFA-tərcüməçi
Gulya Əliyeva, UAFA
Gwen Burchell, UAFA-sədr
Nazim Axundov, BUTA
Nazim İbadov, BUTA
Alxazova Mahirə, BUTA
Nəzirə Şıxəliyeva, Oftalmoloq
Validə Abbasova, Muşfiq
Alice Pioorda, DBT
Laura Peer, DBT
Nicat Kərimov, UNHCR
Nailə Vəlixanova, UNHCR
Makayeva İnarə, UMCOR
Yana Suleymanova, Teri Randall IWC
Süleyman Cəbrayılov, Sağlam Həyat
Gulana Hüseynova, LOTOS
Südabə Şirəliyeva, Küçə Uşaqları
Bilqeis Məmmədova, UFUQ
Nataşa Palubinski, DBT-protokol

Gündəlikdə duran məsələlər

  1. Təqdimat
  2. BUTA-nın təqdimatı
  3. Məramnamənin müzakirəsi
  4. Məktuba cavablar
  5. Milli Fəaliyyət Planı

1. Təqdimat
Gwen Burchell görüşü açıq elan edir və hər kəsi özünü təqdim etməyə dəvət edir. DBT-nin əməkdaşı Laura Peer bildirir ki, bu onun koalisiyada son görüşüdür və hər kəsə ən xoş arzularını çatdırır. O, DBT-nin yeni əməkdaşı Alice Pioordanı təqdim edir.

2. BUTA-nın təqdimatı
Nazim Axundov BUTA-nın uşaqların psixoloji rehabilitasiyası ilə bağlı gördüyü işlər barədə məlumat verir. işlərinin çətinliyini nəzərə alaraq, BUTA qarşılaşdığı problemlərə yeni yanaşma tərzi seçib. Onun bildirdiyinə görə, onlar iş zamanı qarşılaşdığı uşaqları 4 qrupa bölürlər. Bəzi probelm və məhdudiyyətlərə görə onlar yalnız onlardan 2-si ilə işləyə bilərlər. BUTA-nın təqdim etdiyi metoda görə uşaqlar ehtiyaclara görə 4 kateqoriyaya bölünür və onlarla bu qruplar üzrə iş aparılır. Tibbi müəssələrdən fərqli olaraq, rehabilitasiya işləri oyunlar və seminarlar vasitəsilə aparılır:

  1. BUTA travmadan sonra yaranan xəstəlikli uşaqlarla işləyir və psixo-sosial rehabilitasiya metodu işləyib hazırlayıblar.
  2. BUTA həçinin nevroloji və psixoloji problemləri olan uşaqlarla da işləyir.
  3. Nəhayət BUTA kimsəsiz və davranışlarında anormallıq olan uşaqlarla işləyir.

Nazim İbadov qeyd edir ki, psixoloji və digər problemləri olan uşaqlarla işləyərək onlara məlum oldu ki, təhsil problemləri mövcuddur. Buna görə o, digər təşkilatlara müraciət edərək bütün uşaqların ehtiyaclarını ödəmək üçün onları birgə işləməyə çağırır.

Gwen Burchell Nazimin təqdimatını yekunlaşdıraraq bildirir ki, koalisiyanın bütün üzvləri müxtəlif cür xidmətlər göstərir və daha yaxşı xidmətlər də göstərilə bilər.

3. Mərəmnamənin müzakirəsi

Gulya xanım mərəmnamənin qaralama variantını İngilis və Azərbaycan dillərində oxuyur.

- Koalisiyanın əsas missiyası Uşaq Hüquqları üzrə Konvensiyanı əldə rəhbər tutaraq uşaqlar üçün keyfiyyəti sosial xidmətlər sisteminin yaradılması vasitəsilə, onların qayğı və ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət strateqiyasında islahatlar aparılmasını dəstəkləmək üçün fəaliyyət göstərən bir qurumdur.

Sual : Hər kəs bununla razıdır ? Laura bu məramnamənin nə vaxt işlədiləcəyini soruşur. Bu birinci qaralamadır və burada özümüz haqqında aydın məlumat verməliyik: Kim ? Niyə? Nə üçün?

Nazim əlavə edir ki, Azərbaycanda uşaq məsələləri ilə işləyən bir çox təşkilatlar vardır və onlar burada iştirak edirlər. Qapılarımız uşaqlarla işləyən bütün təşkilatların üzünə açıqdır. Əsas prinsipimiz bütün uşaqlara sosial xidmətlərin keyfiyyətidir.

Suleyman Cabrayılov bildirir ki, əsas ideyaya aydınlıq gətirilməlidir. Katalizator missiyanın obyektiv məqsədidir və bu, reform üçün katalizator deməkdirmi?

Alice buna aydınlıq gətirir. Gwen: bu söz ümumi məna daşıyır. O, təklif edir ki, mərəmnamə səsə qoyulsun. Mərəmnamə səsçoxluğu ilə qəbul edildi.

Məramnamə aşağıdakı kimi qəbul olundu:

Koalisiyanın əsas missiyası Uşaq Hüquqları üzrə Konvensiyanı əldə rəhbər tutaraq uşaqlar üçün keyfiyyəti sosial xidmətlər sisteminin yaradılması vasitəsilə, onların qayğı və ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət strateqiyasında islahatlar aparılmasını dəstəkləmək üçün fəaliyyət göstərən bir qurumdur.

4. Məktuba cavablar
Gwen bildirir ki, bəzi təşkilatlar artıq hökumət idarələrindən məktuba cavablar alınıb. Nataşa məktubları Azərbaycan və İngilis dillərində paylayır. O hər kəsdən xahiş edir ki, məktubu diqqətlə oxusunlar və nəyə imza atacaqlarını bilsinlər. Biz bu məktubla işimizi tamamlamaq istəyirik və onu gələn görüşümüzdə imzalayacağıq. Gwen təklif edir ki, uşaq müəssələrindəki uşaqlarla bağlı məsələni birinci yerdə dursun. Bəzi üzvlər məktubun Azərbaycan dilində olan versiyası ilə bağlı iradlarını bildirirlər. Onlara görə, məktubun dili düzgün deyil və onun rusdilli tərcüməçi tərəfindən tərcümə olunduğunu deyirlər. Nataşa iştirakçıların məktubun mahiyyəti ilə razı olub olmadıqlarını soruşur. Onlar məktubun məzmunu ilə razıdırlar, lakin onun dili ilə bağlı irad tuturlar. Təklif olundu ki, məktub qəbul ounsun, lakin onun mətni üzərində işləmək lazımdır. BUTA-dan Nazim məktubun tərcüməsi ilə məşqul olmağı öz üzərinə götürür. Həmçinin təklif olundu ki, yeni məramnamə məktuba əlavə edilsin.

5. Milli Fəaliyyət Planı
Gwen koalisiyanın növbəti fəaliyyət addımlarını təklif edərək müzakirələrə başlayır.

  1. UAFA Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbliyə məktub göndərir
  2. Koalisiya təqdimat hazırlayır

Milli Fəaliyyət Planı hamıya paylanır və Gwen onun nə demək istədiyinə qulaq asmağa çağırır. O, hər kəsə deyilənlər barədə fikirləşməyə və növbəti görüşə yeni idealarla gəlməyi təklif edir. Sonra o, Hadı Rəcəbliyə koalisiyanın nə istədiyini izah edən məktub yazır. Xanım Burchell hər kəsin diqqətini Milli Fəaliyyət Planının deinstitutizasiya aid dörd bəndinə 4.1 & 4.2, 5.2 & 5.4-cü bəndlərə yönəldir. Alice niyə məhz deinstitutizasiyaya fikir verildiyini soruşur. Axı koalisiya bütün uşaq məsələləri ilə məşqul olur. Gwen bildirir ki, bu, uşaqların, fərqi yoxdur əlil və ya məcburi köçkün olsun, uşaq müəssisələrinə düşməsi ilə nəticələnir. Çünki, valideynlər uşaqlara qulluq edə bilmirlər. O, bildirir ki, sosial xidmətlər mövcud deyil və buna görə də biz fərdi problemlərlə məşqul olmuruq.

Xanım Burchell 4.1 və 4.2-ci bəndlərə qayıdır. O, izah edir ki, 4.1-ci bənd dövlət himayəsində olan uşaqlara aiddir və bu bizim üçün əhəmiyyətlidir. Qrup kimi təcrübəmizdən çıxış edərək, biz modellər hazırlaya bilərik və onlardan dövlət çərçivəsində bütün ölkədə istifadə oluna bilər. O, bildirir ki, deinstitutizasiya böyük zaman tələb edir və bu gün uşaq müəssisələrində olan uşaqların daha yaxşı qayğıya hüquqları var.

5.1 və 5.4 bəndlərinə gəlincə, o, bildirir ki, bu bəndlər müəssisələrin desentralizasiyasına aiddir. Onun sözlərinə görə, uşaq müəssisələrinə daha çox imkanlar vermək lazımdır. O, inanır ki, bu payız görüşündə təqdim olunacaq. Fikrini tamamlayaraq, o bildirir ki, biz təqdimatımızda iki məsələni təqdim edəcəyik.

  1. Müəssisələrdə olan uşaqların sayının azaldılması
  2. Qayğının keyfiyyətini yaxşılaşdırmaq

Üzünü koalisiya üzvlərinə tutaraq, o bildirir ki, növbəti görüşdə koalisiyanın fəaliyyət planı müzakirə olunacaq.

Hazırlıqlı gəlmək çox vacibdir. Buna görə də koalisiyanın məşqul olduğu məsələlər haqqında tez müzakirələr aparmaq lazımdır.

6. Digər məsələlər

UAFA soraq kitabı nəşr edib, Gulya xanım kitabın sürətini iştirakçılara paylayır. Lotos bildirir ki, EXO qəzeti koalisiyanın görüşlərindən birində iştirak etmək istəyir. Gulana xanım bildirir ki, medianın müzakirə olunan məsələlər haqqında yazması problemin həllində kömək ola bilər. Lakin, koalisiyanın bəzi üzvləri belə fikirdədir ki, media nümayəndələrinin dəvət olunması hələ tez ola bilər. Ola bilsin sonralar bəzi məqsədlər əldə olunduqdan sonra media nümayəndələrini dəvət etmək olar. Təklif olundu ki, media görüşlərdən kənarda qalmamalıdır. Lakin, görüşlərdə dəvətlə iştirak etmək olar. Vaxt məhdudiyyətinə görə, koalisiya üzvləri növbəti görüşə kimi danışıqları açıq saxlamağı təklif edirlər.

Gwen Burchell bildirir ki, növbəti görüş Milli Fəaliyyət Planına və koalisiyanın fəaliyyət planına həsr ediləcək və bununla görüş bağlanır.

For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                       

Humanitar Fəaliyyət                       
Donorlar
Proqramların Təsviri
Projects
Fəaliyət Xəritələri
 

Görüşlərin Protokolları
Hesabatlar və Qiymətləndirmələr
Press relizlər
Hadisələr və Elanlar
İş yerləri
İş axtaranlar
Qanunvericilik

EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

EmploymentEmployment
EmbassiesEmbassies
GalleryGallery
ForumForum
GuestbookGuestbook



Top on A-Z.az


About AzerWebAbout AzerbaijanContacts