AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Meeting - 12 May 2003 (WVI)

 Meeting date: 12.05.2003

English version



Görüş: Uşaq Məsələləri Koalisiyasının Görüşü

Tarix: 12 may, 2003

Görüşün yeri: Dünyaya Baxış Beynəlxalq Humanitar Təşkilatı

Sədr: Chris Anderson, Save the Children

İştirakçılar/QHT-lər:

 
Gulya Əliyeva UAFA
Mahirə Alxasova BUTA
Chrıs Anderson SC
Gwen Burchell UAFA
Barbara Greenwood UMCOR
Nazim İbadov BUTA
Leyla İmanova OSI
İnarə Makayeva UMCOR
Bilqeis Məmmədova UFUG
Michael McIntyre Dünyaya Baxış
Nataşa Palubinski Dünyaya Baxış
Laura Peer Dünyaya Baxış
Teri Randall Beynəlxalq Qadın Klubu
İndirə Hacıyeva Uşaq Problemləri üzrə Şöbə müdiri, Gənclər, İdman və Turizm Nazirliyi
Suleyman Cəbrayılov Sağlam Həyat qəzetinin redaktoru
Elmari Məmişov Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin Vitse-Prezidenti
Validə Abbasova "Müşviq"
Nailə Vəlixanova UNHCR
Südabə Şirəliyeva Küçə Uşaqları Təşkilatı
Həyat Güləhmədova Qönçə, Əlil Uşaqlara Yardım Cəmiyyəti
Nəzirə Şıxəliyeva Oftalmoloq
Vlada Abdullayeva Oftalmoloq
Aneer Əhmədova Caspian Ruhi Sağlamlıq Assosiasiyası
Nazim Axundov BUTA
Yana Suleymanova CP

Xülasə:

I. İştirakçıların təqdim olunması.

II. Keçən görüşün xülasəsi: Dünyaya Baxışdan Nataşa Palubinski görülmüş məsələlər və hökumət orqanlarına göndərilən məktub barədə qısa məlumat verir.

III. Bəzi rəsmi fikirlər/Koalisiyanın əsas məsələləri

- Michael McIntyre: Koalisiyanın məqsədlərinə qısa aydınlıq gətirir. Dünyaya Baxış müxtəlif QHT-lərə təklif edib ki, onlar uşaqlarla işləmək barədə fikirlərini bildirsinlər və bir-birlərilə bölüşsünlər. Buna görə də uşaq koalisiyasının adından məktub göndərilib. Bu hökumətlə, eləcə də QHT-lər arsında əlaqələrin qurulmasına kömək edəcək. Koalisiyanın fəaliyyət formasını və onun hüquqi formasını müzakirə etmək, nəzərdən keçirmək və müəyyən etmək çox vacibdir.

- Hökumət nümayəndəsi İndirə Hacıyeva uşaq koalisiyasını dəstəkləyir. O, koalisiyanın fəaliyyətinə marağını bildirir. O, Azərbaycanın BMT-nin Uşaq Konvensiyasına qoşulduğunu bildirir. Konvensiya ilə bağlı birinci məruzə göndərilib. İkinci məruzə isə hazırlanır. Halhazırda Azərbaycanda uğurla fəaliyyət göstərən və Uşaq Problemləri ilə məşqul olan Koordinasiya Şurası yoxdur. Gənclər və İdman Hazirliyində 2001-ci ildə 14 nazailiyin və 30 QHT-nin iştirakı ilə Şura yaradıldı. Bu vaxta kimi uşaq məsələləri ilə məşqul olan bir neçə koalisiya yaradılıb. Buna görə də ümumi problemləri həll etmək üçün qüvvələri birləşdirmək lazımdır. Müvafiq məlumatlar toplanılmalı, əvvəlki koalisiyaların uğursuzluqlarını araşdırmaq və bu uğursuzluqların səbəblərini aydınlaşdırmaq lazımdır. Ümumi, qarşılıqlı və birgə məlumatların toplanılması üçün koordinasiyaya ehtiyac var. Buna görə də koalisiya çox əhəmiyyətlidir. İndirə xanım sualların verilməsini xahiş edir.

- Nazim İbadov, BUTA: Dövlət planı və bu planın nə qədər müddətə nəzərdə tutulduğu haqqında məlumatın verilməsini xahiş edir.

- İndirə: 1998-2004-cü illər üçün Milli Fəaliyyət Planı hazırlanıb. Keçən payızda bu haqda aralıq məruzə hazırlanıb. Bu müddətdən sonra yeni plan işlənib hazırlanacaq. 1998-ci ildən bəri vəziyyət çox dəyişib və QHT-lər daha çox fəallaşıblar. Buna görə də indi hökumət QHT-lərin fəaliyyətinə daha ciddi diqqət verir. Planın son variantında QHT-lər bemək olar ki, bütün bəndlərə əlavə edilib. Hökumətin hər şeyi özü yetirmək üçün kifayət qədər ehtiyatı olmadığından o, QHT-lərə çox tez-tez müraciət edir.

- Leyla İmanova/ACİ: Hökumət QHT-lərlə hansı yollarla əməkdaşlıq qurur: maliyyə yoxsa kadr potensialı baxımından?

- İndirə: Hər iki yolla. Hökumət yerli QHT-ləri dəstəkləyə bilər, lakin bu, beynəlxalq fondlarla rəqabət olmamalıdır. Hökumətin QHT-ləri dəstəkləməkdə öz prioritetləri var.

- Michael McIntyre: Gələcək planlar hazrlananda, hökumət QHT-ləri nəzərə alacaq?

- İndirə: Əlbəttə, Şuraya QHT-lərdə əlavə edilib.

- Michael McIntyre: Gənclər və İdman Nazirliyində yaradılan Şurada neçə QHT təmsil olunub?

- Nazim İbadov, BUTA: Gənclər və İdman Nazirliyində bir neçə Şura yaradılıb və biz onlardan birinin üzvüyük.

- İndirə: Bəli, Nazilikdə Uşaq Məsələləri üzrə Koordinasiya Şurası var və bir neçə QHT onun üzvüdür. Həçinin işçi qrupları da mövcuddur. Bu qruplar 3 aydan bir görüşürlər. Bununla belə, işçi qrupları daha yaxşıdır. Onlar daha mobildirlər və tez-tez görüşürlər.

- Barbara Greenwood/UMCOR: Beynəlxalq QHT-lər Şuranın üzvü ola bilərlərmi?

- İndirə: Şurada UNİCEF, İSAR və Save the Children kimi beynəlxalq QHT-lər iştirak edir. Hər bir QHT Şuranın üzvü ola bilər.

- Süleyman Cəbrayılov: Böyük layihələr haqqında məlumat PRST- Yoxsulluğun Azaldılması. Yerli QHT-lər layihədə iştirak edə bilər və həm maliyyə dəstəyi, həm də müəyyən hüquqlar əldə edə bilərlər.

- Chris Anderson/Save the Children: Hal hazırda hazırlanan ikinci hesabata qayıtmaq istəyirəm. Bu hesabatın müzakirəsində yerli və beynəlxalq QHT-lər iştirak etmək hüququna malikdirlərmi?

- İndirə: Bu məsələdə yerli QHT-lərin hazırladığı çoxlu fikirlər var. Lakin, bu məsələni müzakirə etmək üçün icazə olmalıdır.

- Chris Anderson: Konvensiyaya göndəriləcək ikinci hesabatla bağlı kiminlə əlaqə saxlaiaq lazımdır?

- İndirə: Xarici İşlər Nazirliyinin İnsan Hüquqları Şöbəsi.

- Chris: Bu prosesdə sizin rolunuz nədir?

- Hər bir nazirlik və hökumət orqanlarının Konvensiya ilə bağlı öz təklifləri var. Bu təkliflər işlənilməli və müzakirəyə təqdim edilməlidir.

- Elmari Məmişov: Hesabat hansı dövrü əhatə edir?

- İndirə: 44-cü bəndə görə 1994-cü ildən bugünədək. Bəzi ölkələr bugünə kimi hələ hesabat təqdim etməyiblər.(Bolqariya və Məpkəzi Asiya ölkələri)

- Gulya Əliyeva: bu doğrudur ki, sizin Nazirliyiniz başqa nazirliklərdən məlumat toplayır və harasa göndərir?

- İndirə: İdman və Gənclər Nazirliyi hər ilin sonunda illik hesabatı hazırlamaq və Nazirlər Kabinetinə təqdim etmək üçün məlumatların toplanmasına, yoxlanılmasına və dəqiqləşdirilməsinə təşəbbüs göstərir. Halhazırda bu məlumatı sizin diqqətinizə çatdırmaq üçün çətinliklər var.

- Nazim İbadov: Atılan bütün bu addımlar problemin azaldılması və ya həll edilməsinə kömək edirmi.

- İndirə: Hər kəsin QHT yaratmaq hüququ var və bu demokratiyanın nəticəsidir. Biz koalisiyanın yaradılmasına mane ola bilmərik. Yalnız uğurlu koalisiya fəaliyyət göstərə bilir. Standartlara görə məlumat üçün bizim öz meyarlarımız var. Öz standartlarımız və meyarlarımıza görə bizim öz informasiya mənbələrimiz var.

IV. Hüquqi Hissə

- Elmari Məmişov. Koalisiya və onun üzvlərinin hüquqi statusu, hüquq və vəzifələri haqqında məlumat verir. Üzvlər öz aralarında təşkilat suallarını (koalisiya forması, vəsait, komitə, idarəçilik, könüllü və ya ödənişli və s.) aydınlaşdırmalıdırlar. Görüşlərin rəsmi şəkildə keçirilməsi heç də vacib deyil. Rəsmi qeydiyyata alınmaq da vacib deyil. Bununla belə, hər bir üzvün rolu müəyyənləşdirilməlidir.

Əgər koalisiya rəsmii qeydiyyata alınsa, onun nizamnaməsi, şurası olmalıdır. Bütun funksiyalar, hüquq və vəzifələr nizamnamədə öz əksini tapmalıdır.

Azlıqların cinayət məsuliyyəti haqqında Qanunla bağlı bəzi qeydlər:

Qanunda azyaşlılarla birbaşa işləyən dövlət strukturları haqqında vacib məsələlr var. Orada icraçıların kim olduğu və onların rolu aydın şəkildə göstərilib. QHT nümayəndələri bərabər hüquqlu üzv kimi bu strukturlara üzv seçilə bilər. Beləliklə, QHT-lər hökumətlə eyni səviyyədə uşaq problemlərinin həllində iştirak edə bilərlər.

- Gwen Burchell/UMCOR: Nazirlər Kabinetindəki Kommisiyanın bərabərhüquqlu üzvü ola bilərikmi?

- Elmari Məmişov: Bəli. Nəinki üzv, hətta sədr də ola bilərsiz. 2 nəzarətçi vəzifə var və bu vəzifələr ödənilir: əməkdaş və psixoloq. Əgər bu Qanun hökumət və QHT-lər üçün əsas götürülsə, problem asanlıqla həll oluna bilər.

V. Təşkilat Məsələləri

- Chris Anderson təklif edir ki, vaxt azlığını nəzərə alaraq BUTA-nın təqdimatını gələn görüşə keçirək.

- Nataşa Palubinski Məramnamə haqqında məlumat verir.

- Michael McIntyre: Məramnamə bizə uşaq məsələri ilə məşqul olmaq üçün hansı təşkilat formasını seçməkdə kömək edəcək.

- Nataşa Palubinski Əli Həsənova göndəriləcək məktubun mümkün qədər tez hazırlanmasının əhəmiyyətini bildirir.

- Leyla İmanova bildirir ki, ACİ-yə Əli Həsənovun köməkçisindən döblət orqanlarına gönlərilən məktubla əalqədar zəng olub. O xahiş etdi ki, müxtəlif QHT-lərdən olan çoxlu məktub əvəzinə xüsusi və imza çiyahısı ilə bir məktub göndərilsin.

- UAFA da həmçinin Əli Həsənovun köməkçisindən eyni cavabı alıb. Hazırlanacaq məktub baxılması üçün Əli Həsənovun Köməkçisi Bəxtiyar müəllimə veriləcək.

- UAFA Əli Həsənova göndəriləcək məktubu təqdim edir və onun müzakirə etməyi təklif edir.

- Chris təklif edir ki, məktub e-mail vasitəsilə hər bir QHT-yə göndərilsin.

- Laura Peer bildirir ki, məktub vaxtında göndərilməlidir.

- Nataşa Palubinski təklif edir ki, məktubu e-mail-lə mayın 19-dan tez göndərilsin.

- Chris bildirir ki, gələn görüşdə Elçin əfəndiyevə ünvanlanacaq məktub müzakirə ediləcək.

VII. Gələn görüş:

26 may, 2003-cü il, saat 16:00, Dünyaya Baxışın ofisində keçiriləcək.

VIII. Sədr:

Gwen Burchell-UAFA missiyasının başçısı



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                       

Humanitar Fəaliyyət                       
Donorlar
Proqramların Təsviri
Projects
Fəaliyət Xəritələri
 

Görüşlərin Protokolları
Hesabatlar və Qiymətləndirmələr
Press relizlər
Hadisələr və Elanlar
İş yerləri
İş axtaranlar
Qanunvericilik

EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

EmploymentEmployment
EmbassiesEmbassies
GalleryGallery
ForumForum
GuestbookGuestbook



Top on A-Z.az


About AzerWebAbout AzerbaijanContacts