|
İş Elanı
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və MƏDƏD humanitar təşkilatı ictimai birliyi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı" çərçivəsində informasiya və kommunikasiya texnologiyalarının təhsilə tətbiqi üzrə kursların təşkili və bu sahədə savadlılığın artırılmasına yönəldilmiş kompleks işlər həyata keçirir. Azərbaycanın bölgələrində 80 yaxın təlim mərkəzlərində çalışan 200-dən artıq yüksək hazırlıqlı təlimçi heyətinin sayını artırmaq məqsədi ilə, MƏDƏD təşkilatı təlimçi vəzifəsi üzrə Bakıda və regionlarda çalışan müəllim heyətini, eləcə də ali pedoqoji təhsilli şəxslərin sənədlərini təqdim etməyə dəvət edir.
Təlimçi vəzifəsinə sənəd verən namizədlərə olan tələblər:
Ali pedaqoji təhsil
Ən azı 1 il pedaqoji təcrübə
Komyuter, İnternet və şəbəkə haqqında bilik
Təlim və tədris metodologiyaları haqqında anlayış
Təlimlərin keçirilməsi üçün lazımi qədər vaxt sərf etmə istəyi
İKT və təhsil mövzusuna maraq
Hər zaman öyrənməyə maraqlı və hazır olma
Arzu olunan tələblər:
Təlim təcrübəsi (həm təlimçi, həm də iştirakçı kimi)
Azərbaycanın rayonlarına səfəretmək imkanı
Üstünlük, Azərbaycanın rayonlarından olan müəllimlərə verilir
Səmimilik
Etibarlılıq
Məsuliyyət
Əməkdaşlıq
QEYD: Azərbaycanın regionlarında iş həcminin genişləndirilməsi məqsədi ilə, MƏDƏD təşkilatı RAYON və KƏND müəllimlərinin daha cəsarətli addım atmağa çağırır.
Müraciyət üçün email: trainers.madad@gmail.com
|